“Zirə” futbol klubu növbəti mövsümə hazırlıq mərhələsində üçüncü yoxlama oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Zirə” komandası AZAL ilə üz-üzə gəlib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən oyunda hesabı “Zirə” açıb və Yasin Həmid fərqlənib. Bundan sonra rəqib iki qol vuraraq hesabda irəli çıxıb. Oyunun sonlarında isə “Zirə”nin futbolçusu Vüsal İskəndərli bərabərlik qolunu vurub – 2:2.
Son xəbərlər
Son Xəbərlər