Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.
“Qafqazinfo”nun klubun saytına istinadən məlumatına görə, əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib.
Adil Şükürovun komandası bu gün Qazaxıstanın “Ordabaşı” klubu ilə üz-üzə gəlib. Bu oyunda "Zirə" 1:4 hesabı ilə uduzub.
Növbəti matçda “Zirə” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər