“Zirə” braziliyalı ilə gücləndi

zire-braziliyali-ile-guclendi
Oxunma sayı: 1069

“Zirə” yeni futbolçu ilə anlaşıb. “Qafqazinfo” xəbər verir ki, paytaxt klubu Velves Damatsena ilə 1+3 illik müqavilə bağlayıb.

Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" klubunda da çıxış edib.