“Zirə” Girorgi Qoroziya ilə müqavilə imzaladı

zire-girorgi-qoroziya-ile-muqavile-imzaladi
Oxunma sayı: 724

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. "Qafqazinfo" xəbər verir ki, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu mövsümün sonuna qədər komandamızın formasını geyəcək.

Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. Giorgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.