“Zirə” “Kəpəz”lə bərabərə qaldı

zire-kepezle-berabere-qaldi
Oxunma sayı: 1281

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçı Zirədə keçirilib. Burada “Zirə” ilə “Kəpəz” komandaları üz-üzə gəliblər. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Bu turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” matçları sabah, “Neftçi” – “Şamaxı” görüşü isə bazar günü oynanılacaq. Tura mayın 17-də keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXXIV tur
12 may

“Zirə” – “Kəpəz” 1:1
Qollar: Toni Qomes, 51 – Yeqor Xvalko, 45+3.
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 19:00.