“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, "qartallar" makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.
Tərəflər arasında anlaşmaya əsasən mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdu.
.jpg)
Son xəbərlər
Son Xəbərlər