“Zirə” oyunlarını “AZAL Arena”da keçirəcək? - Rəsmi açıqlama

zire-oyunlarini-azal-arenada-kecirecek
Oxunma sayı: 759

 AZAL futbol klubunun fəaliyyətini dayandırdığını və bazasının “Zirə” klubuna verdiyini bildirmişdik.

“Qafqazinfo”nun məlumatına görə, Zirə təmsilçisi Şüvəlandakı bazadan istifadə etsə də, oyunlarını “AZAL Arena”da keçirməyəcək.

Bunu saytımıza açıqlamasında “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu deyib. O bildirib ki, komanda yalnız məşqlərini orada edəcək: “Biz oyunlarımızı yenə də öz stadionumuzda keçirəcəyik. Sadəcə məşqlərimizi Şüvəlandakı bazada edəcəyik”.