Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
"Qafqazinfo" xəbər verir ki, 15-ci turun açılış matçında "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Günün digər matçında isə "Neftçi" "Sumqayıt"la bərabərə qalıb.
15:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Ağabala Ramazanov, 45+2, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
“Neftçi” –“ Sumqayıt” - 1:1
Qollar: Baqali Dabo, 71 - Rəhim Sadıxov, 43
Qırmızı vərəqə: Voislav Stankoviç, 41 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 17:30.
Son xəbərlər
Son Xəbərlər