“Zirə” “Qarabağ”ın futbolçusunu icarəyə götürdü

zire-qarabagin-futbolcusunu-icareye-goturdu
Oxunma sayı: 1291

Bakının “Zirə” Peşəkar Futbol Klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

“Qafqazinfo” bildirir ki, bu barədə PFK-nın rəsmi instaqram hesabında məlumat verilib. Bildirilib ki, paytaxt təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb.

Qeyd edilib ki, "Qarabağ"dan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.