“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı məşqçi başa çatan sözləşməsinin müddətini 2025-ci ilin yayınadək uzadıb.
Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir.
Həmçinin oxuyun: “Второе искусственное озеро в селе Союдлу создаваться не будет” - глава ИВ
Son xəbərlər
Son Xəbərlər