“Zirə”, “Sabah” və “Sumqayıt” avrokuboklarda! - “Neftçi” fiaskoya uğradı

zire-sabah-ve-sumqayit-avrokuboklarda
Oxunma sayı: 2802

Bu gün Azərbaycan Premyer Liqasında 36-cı tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 3 oyun baş tutub.

Avrokuboklara vəsiqə qazanmağa çalışan “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” da “Qəbələ”ni qəbul edib. Bu oyunlarda tək qolla qələbə qazanan “Zirə”, “Sabah” və “Sumqayıt” komandaları avrokuboklara vəsiqəni təmin ediblər.

Azərbaycanın ən köklü klubu olan və kifayət qədər ciddi büdcəyə malik “Neftçi” isə mövsümü 5-ci pillədə başa vuraraq fiaskoya uğrayıb.

“Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Qarabağ” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
36-cı tur
25 may

“Zirə” – “Səbail” 1:0
Qol: Qismət Alıyev, 57.
Qırmızı vərəqə: Valdemar Almeyda, 70.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Neftçi” – “Sabah” 0:1
Qol: Namik Ələskərov, 86.
Qırmızı vərəqə: Dieqo Valdes, 89 – Kahim Parris, 89. Con İrasabal, 89.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Neftçi Arena”, 19:00.

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Erik Sorqa, 52.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.