“Zirə” “Sabah”a məğlub oldu

zire-sabaha-meglub-oldu
Oxunma sayı: 2245

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün daha biri qarşılaşma baş tutub.

“Zirə” doğma meydanda liderin əsas izləyicisi “Sabah”la qarşılaşıb. Qonaqlar meydanı inamlı qələbə ilə tərk ediblər.

Xatırladaq ki, turun ilk matçında “Qarabağ” səfərdə “Sumqayıt”a 6 cavabsız qolla qalib gəlib.

“Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Şamaxı” qarşılaşması isə martın 17-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart

“Zirə” – “Sabah” 0:2
Qol: D.Vokov, 52. C.L.Mikels, 62.
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.