Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə keçirilən iki görüşdən biri artıq başa çatıb.
Əvvəlcə “Zirə” doğma meydanda “Səbail”i sınağa çəkib. Meydan sahibləri bu oyunda 3:1 hesablı qələbə qazanıb.
Günün digər matçı isə “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq.
Turun “Kəpəz” – “Turan Tovuz” oyunu sabah, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel
“Zirə” – “Səbail” 3:1
Qol: V.Kulaç, 52. R.Əhmədzadə, 69. E.Quliyev, 90+1 – Q.Zakpa, 90+7.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu. Saat 17:30.
Son xəbərlər
Son Xəbərlər