“Zirə” səfərdə “Səbail”ə qalib gəldi

zire-seferde-sebaile-qalib-geldi
Oxunma sayı: 1308

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış matçında “Səbail” evdə “Zirə” ilə qarşılaşıb. 

Bayıl təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub. 

“Səbail” – “Zirə” - 1:2
Qollar: Anas Najah, 48-avtoqol (0:1), Ruan Renato, 60 (0:2), Aleksandr Ramalinqom, 70 (1:2)