“Zirə” ilk oyunda “Şerif”ə qalib gəldi - Fotolar

zire-ilk-oyunda-serife-qalib-geldi
Oxunma sayı: 10249

Bu gün "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, “qartallar” Moldovada "Şerif"in qonağı olacaqlar.

İsveçrəli hakim Alessandro Dudiçin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 18-də Bakıda baş tutacaq.

Qeyd edək ki, “Zirə” “Şerif”i mübarizədən kənarlaşdıra bilsə, Avropa Liqasının II təsnifat mərhələsində “Elfsborq” (İsveç) - “Pafos” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası

I təsnifat mərhələsi

21:00. "Şerif" - "Zirə"

Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)

Tiraspol. "Şerif" stadionu

***

Komandaların start heyətləri açıqlanıb:

“Şerif”: Rəşid Əl-Tumi, Joselin Bexiratçe, Joau Paulu Fernandeş, Sedrik Badolo, Musa Kyabu, İsea Pata, Peter Ademo, Papa Ndiaqa Yade, Lins De Almeyda, Əyyub Allaş, Rəşid Akanbi

Baş məşqçi: Yuri Qura

“Zirə”: Tiaqo Silva, Ruan Renato, İsmayıl İbrahimli, Rüfət Əhmədzadə, Pyer Zebli, Qismət Alıyev, Davit Volkov, İssa Cibrilla, Stefan Aka, Ceyhun Nuriyev, Rafael Utziq

***

Matç başladı.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

“Zirə” hesabı açır. Davit Volkov 88-ci dəqiqədə fərqlənir.

***

Qarşılaşma başa çatdı. “Zirə” ilk oyunda “Şerif”ə 1:0 hesabı ilə qalib gəldi.