Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev qələbə qoluna imza atıb.
Beləliklə, Tovuz təmsilçisi turnir cədvəlində 18 xalla 2-ci yerdədir. “Zirə” isə 15 xalla 4-cüdür.
Azərbaycan Premyer Liqası
9-cu tur
6 oktyabr
“Turan Tovuz” – “Zirə” 1:0
Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” isə “Şamaxı”nı 2:0 məğlub edib, “Sabah” – “Araz-Naxçıvan” oyunu isə heç-heçə yekunlaşıb - 1:1.