“Zirə” yarımfinalın ilk matçında “Keşlə”ni məğlub etdi

zire-yarimfinalin-ilk-matcinda-kesleni-meglub-etdi
Oxunma sayı: 905

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Keşlə” doğma meydanda “Zirə”ni qəbul edib.

Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar əzmkar qələbə qazanmağa müvəffəq olub. Belə ki, Rəşad Sadıqovun komandası 2:1 hesabı ilə qalib gələrək, cavab görüşü üçün üstünlük qalıb.

Qeyd edək ki, yarımfinalın cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. Digər yarımfinal görüşü “Sumqayıt”la “Qarabağ” arasında keçirilir.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları
21 aprel

“Keşlə” – “Zirə” 1:2
Qol: S.Tounkara, 45+2 – R.Bonqonqui, 57. N.Andelkoviç, 62.
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı. “ASK Arena”, 18:30.