“Zirə”də qanalı futbolçu

zirede-qanali-futbolcu
Oxunma sayı: 850

“Zirə”də tranfer çalışmaları davam edir.

Qafqazinfo” xəbər verir ki, "qartallar" daha bir futbolçu ilə müqavilə imzalayıb. Qanalı hücumçu Riçard Qadze qəsəbə təmsilçisinin sıralarına qoşulub. 22 yaşlı hücumçu ilə ilyarımlıq müqavilə imzalanıb.

2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.