Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda “Şamaxı” “Zirə”ni qəbul edib. Qonaqlar bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.
Xatırladaq ki, turun ilk oyununda “Kəpəz” “Sabah”la ev oyununda 0:3 hesabıyla uduzub. Sabah “Turan Tovuz” – “Neftçi” və “Sumqayıt” – “Səbail” oyunları baş tutacaq. Son oyun isə mayın 8-də “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXXIII tur
6 may
“Şamaxı” – “Zirə” 0:3
Qol: V.Kulaç, 35. H.Keyta, 57. R.Əhmədzadə, 82.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Şamaxı şəhər stadionu, 16:30.
Son xəbərlər
Son Xəbərlər