“Zirə”dən darmadağın, “Qəbələ”dən heç-heçə

“Zirə”dən darmadağın, “Qəbələ”dən heç-heçə
Oxunma sayı: 855

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü turunda daha iki oyun keçirilib.

"Qafqazinfo" xəbər verir ki, "Zirə" öz meydanında "Səbail"i 4:1 hesabı ilə darmadağın edib. "Sumqayıt" isə "Qəbələ" ilə heç-heçə oynayıb - 1:1.

Günün son matçında isə "Neftçi" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, bu oyunlardan sonra mövsümün ilk yarısına yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.

8 dekabr (bazar)

15:00.“Zirə” – “Səbail” - 4:1
Qollar: Nicat Süleymanov, 5 (1:0), 20 (2:0), Adrian Skarlatake, 60 (3:0), Eriko da Silva, 78 (3:1), Tellur Mütəllimov, 89 (4:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

15:00.“Sumqayıt” – “Qəbələ” - 1:1 
Qollar: Fernan Lopez, 22 (0:1), Peyman Babayi, 31-pen. (1:1)
Qırmızı vərəqələr: Anar Nəzirov ("Qəbələ"), 65, Qismət Alıyev, 86 ("Qəbələ")
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
“Kapital Bank Arena”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi