“Zirə”dən ilk rəsmi transfer

zireden-ilk-resmi-transfer
Oxunma sayı: 822

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. “Qafqazinfo“ klubun saytına istinadən xəbər verir ki, Murad Səttarlı paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

Gənc yarımmüdafiəçi ötən mövsüm AZAL-ın formasını geyinib. Buna qədər isə o, “Qarabağ” və “Simurq”da çıxış edib. Murad Səttarlı milli komandamızın da üzvüdür.