“Zirə”dən yeni transfer

zireden-yeni-transfer
Oxunma sayı: 1277

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, paytaxt təmsilçisi Ahmed Ayzaya ilə 1.5 illik müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Kovilya” klublarında çıxış edib.