“Zirə”dən yeni transfer

zireden-yeni-transfer
Oxunma sayı: 1329

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur. 

Qeyd edək ki, Meza Koli "Zirə"yə azad agent kimi transfer olunub. O. bu ilin yanvarın 31-dən, "Ohod"u (Səudiyyə Ərəbistanı) tərk etdikdən sonra klubsuz idi. 

Xatırladaq ki, 2016/17 mövsümündə "Zirə"nin şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”nin, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.