“Zirə”dən yeni transfer

zireden-yeni-transfer
Oxunma sayı: 3237

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, “qartallar” “Kəpəz”dən Junior Martinsi transfer edib. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.