“Zirə”nin futbolçusu “Telekom”un voleybolçusu ilə sevgilidir - Foto

zirenin-futbolcusu-telekomun-voleybolcusu-ile-sevgilidir
Oxunma sayı: 5166

“Zirə”nin legioneri Yovan Krnetanın bəxti açılır. Serbiyalı müdafiəçi Bakıda özünə sevgili tapıb.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi “Telekom” voleybol klubunun oyunçusu Yelizaveta Səmədova ilə yaxınlıq edir. Sosial şəbəkələrdə Liza Ruban ad-soyadı ilə qeydiyyatdan keçən voleybolçu “İnstagram”da Krneta ilə eşq macəralarını nümayiş etdirən şəkillər paylaşıb.

Maraqlıdı ki, Liza “Zirə”nin futbolçusu ilə eşq macəraları yaşasa da, rəsmi olaraq, Səmədov soyadlı biri ilə rəsmi nigahdadır. Bu da əslində saxta evliliyin, voleybolçunun yalnız millimizdə çıxış etməsi üçün atılmış addım olduğunun bir daha sübutudur.