"Zirə"nin məğlubiyyətsiz seriyası davam edir

zirenin-meglubiyyetsiz-seriyasi-davam-edir
Oxunma sayı: 1017

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” öz meydanında “İnter”i qəbul edib.

“İnter” matçın ilk hissəsində hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. “İnter” əvvəlcə azlıqda qalıb, daha sonra qapısında qol görüb.

Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

6 turdan sonra xalını 14-ə çatdıran və məğlubiyyət üzü görməyən “Zirə” ikinci pillədə qərarlaşıb. “İnter” isə 8 xal 4-cü pillədədir.

“Zirə” - “İnter” - 1:1

Qol: Sertan Taşkın, 21 (0:1), Yovan Krneta, 67 (1:1)

Qırmızı vərəqə: İlkin Qırtımov, 43 (“İnter”)