“Zirə”nin penaltisini verməyən hakim ağır cəza aldı

zirenin-penaltisini-vermeyen-hakim-agir-ceza-aldi
Oxunma sayı: 2857

AFFA Hakimlər Komitəsi referi Fərid Hacıyevi 5 oyunluq cəzalandırıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə komitə sədri Barış Şimşək qərar verib. 

O, F.Hacıyevi Azərbaycan Premyer Liqasının 19-cu turunda baş tutan “Səbail” – “Zirə” matçının 79-cu dəqiqəsində qonaqların penaltisini vermədiyinə görə cəzalandırıb. 

Qeyd edək ki, Fərid Hacıyev həmin qarşılaşmada VAR-a çağırılsa da, penalti epizodunda fərqli qərar qəbul etmişdi.