“Zirə”nin pley-offdakı mümkün rəqibi bəlli oldu

zirenin-pley-offdaki-mumkun-reqibi-belli-oldu
Oxunma sayı: 5294

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin iki oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu qarşılaşmalar cavab görüşləri çərçivəsində baş tutub.

“Zirə”nin pley-offdakı mümkün rəqibi Macarıstanda bəlli olub.  Bu ölkənin “Fehervar” klubu ikinci oyunda da “Omoniya”ya uduzub. İki görüşün nəticəsinə görə kiprlilər 3:0 hesabı ilə qalib gəliblər.

“Astana” Rumıniya təmsilçisi “Hunedoara”nı mübarizədən kənarlaşdırıb. Qazaxlar 6:1 hesabı ilə üstün olublar.

Mərhələyə sabah yekun vurulacaq.

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
14 avqust

“Astana” – “Hunedoara” 6:1 (ilk oyun 2:1

“Fehervar” – “Omoniya” 0:2 (0:1)