“Zirə”nin “Şerif”lə keçirəcəyi oyunların saatı açıqlanıb

zirenin-serifle-kecireceyi-oyunlarin-saati-aciqlanib
Oxunma sayı: 1901

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Zirə”nin “Şerif”lə keçirəcəyi oyunların başlama saatı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, iyulun 11-də Moldovada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir həftə sonra Bakıda “Liv Bona Dea Arena”da reallaşacaq görüşün start vaxtı isə 20:00-dır.

Qeyd edək ki, iki oyunun yekununda üstün olacaq tərəf Avropa Liqasının II təsnifat mərhələsində “Elfsborq” - “Pafos” cütünün qalibi ilə qarşılaşacaq.