“Zirə”nin Türkiyə toplanışı ləğv edildi

zirenin-turkiye-toplanisi-legv-edildi
Oxunma sayı: 1843

Azərbaycanın "Zirə" futbol komandasının Türkiyə toplanışı ləğv edilib.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVID-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.