“Zirə”yə alqış düşür” - Video

zireye-alqis-dusur
Oxunma sayı: 3097

“Bu gün hər iki komanda kuboku qazanmağa layiq idi”.

“Qafqazinfo”nun məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib:

“Kubokun finalında yaxşı oyun alındı. “Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.