“Zirə”yə nigeriyalı gəlir -

zireye-nigeriyali-gelir-
Oxunma sayı: 723


“Qafqazinfo”nun məlumatına görə, nigeriyalı Çimezi Mba komandamızla birillik müqavilə imzalayıb.

Peşəkar karyerasına vətənində başlayan Ç.Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini cəlb edib. İyirmi üç yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsraildə forma geyib. O, Nigeriyanın U-20 yığma komandasında da oynayıb. Futbolçu 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib.

Müdafiəçi “Zirə”dən əvvəl İsrail təmsilçisi Petax-Tikvanın “Hapoel” klubunda mübarizə aparıb.

“Qafqazinfo”