“Zirvə” çempion oldu- - Fotolar

zirve-cempion-oldu-
Oxunma sayı: 711


“Qafqazinfo”nun məlumatına görə, 23-26 aprel tarixləri arasında Konya şəhərindəki “100-cü il” İdman salonunda keçirilən yarışında, qardaş ölkənin 32 bölgəsindən, 64 klubdan 326 kişi və 136 qadın olmaqla toplam 462 ağır atlet iştirak edib. Bu, rekord göstərici idi.

Olduqca gərgin mübarizə şəraitində keçən yarışda qadınların birinciliyində “Ankara Tuzgölü-Zirvə” klubu 165 xalla çempion olub. Emrah və Yasin Arslan qardaşlarının rəhbərlik etdiyi komanda ən yaxın rəqibini 4 xal qabaqlayıb.

Körpücük üzərinə çıxan 7 gənc atletimizdən üçün fəxri kürsüyə qalxaraq qələbədə vacib rol oynayıblar. Onlardan ikisi – 53 kq çəki dərəcəsində Gamze Yayla 156 kq (72+84) və 75 kq çəki dərəcəsində Zeynep Atakan 196 kq (85+111) nəticə ilə bütün rəqiblərini üstələyərk qızıl medal qazanıblar. 69 kq çəki dərəcəsində çıxış edən Büşra Nur Dalmızrak 163 kq (78+85) nəticə ilə ikinci olub.