Abşeron rayonunda naməlum kişi meyiti tapılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 14-ü saat 18 radələrində Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın istifadə edilməyən zirzəmisində 45-55 yaşlarında çürüməyə məruz qalmış kişi meyiti aşkar olunub. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb, müayinə olunması üçün ekspertiza təyin olunub. Meyiti həmin ərazidə tüfeyli həyat tərzi keçirən kişi tapıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər