Zirzəmidə yaşayırdı, öldü...

zirzemide-yasayirdi-oldu
Oxunma sayı: 2105

Bakıda binaların birinin zirzəmisində yaşayan şəxsin meyiti tapılıb. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Həsən Abdullayev küçəəsi 13 ünvanda yerləşən binanın zirzəmisindəki xidməti mənzildə yaşayan 1976-cı ildə anadan olmuş Ələkbərov Ramin Rauf oğlunun meyiti tapılıb. İlkin araşdırma nəticəsində onun ürək çatışmazlığından vəfat etdiyi məlum olub.

Bildirilib ki, R.Ələkbərovun anası MKİS-də süpürgəçi işləyir və həmin zirzəmidəki mənzil onlara idarə tərəfindən müvəqqəti yaşamaq üçün verilib.