“Zirzəmimiz yarıya kimi suyun içərisindədir” - Foto

“Zirzəmimiz yarıya kimi suyun içərisindədir”
Oxunma sayı: 1545

“Zirzəmimiz yarıya kimi suyun içərisindədir. Bu səbəbdən evdən çıxıb işə gedə bilmirəm”.

Bu sözləri “Qafqazinfo”ya şikayətində Lənkəran şəhəri, Qalayçılar məhəlləsi, Balağa Mirsalayev küçəsi ev 7 ünvanında yaşayan İlham Kazımov deyib.

Onun sözlərinə görə, illərdir yağış yağan zaman həyətyanı sahəsi və zirzəmi suyun içərisində olur: “Neçə ildi bu problemi yaşayırıq. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib baxıb. Qeyd olunub ki, ev qəzalı vəziyyətdədir. Ancaq bir iş görülməyib. Evimizin yaxınlığından keçən kanalların qarşısı tutulduğu üçün bir balaca yağış yağan kimi məhəllə göl olur. Çox qonşu bu bəladan canını qurtarmaq üçün çıxıb gedib. Bizim imkanımız yoxdur. İcra Hakimiyyətinə müraciət etmişik, gəlib maraqlanan yoxdur”.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi