Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək

ziya-bunyadov-prospekti-ile-balaxani-sosesi-birlesecek
Oxunma sayı: 4537

Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.