Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

ziya-bunyadov-prospektinde-hereket-mehdudlasdirilir
Oxunma sayı: 3656

Ziya Bünyadov prospektində aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.