18-20 may tarixlərində Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumu keçirilir.
“Qafqazinfo” Ölkə.az-a istinadən xəbər verir ki, İƏİT-in Beynəlxalq Nəqliyyat Forumu (International Transport Forum - ITF) 43 üzvə malik hökumətlərarası təşkilatdır.
Təşkilat qlobal səviyyədə nəqliyyat siyasətini formalaşdırmaq və iqtisadi artıma dəstək, ətraf mühitin mühafizəsi, sosial inteqrasiya və insanın həyatı və rifahının qorunması məqsədilə fəaliyyət göstərən strateji beyin mərkəzi qismində çıxış edir.
ITF öz missiyasını həyata keçirmək üçün müxtəlif statistik məlumatları toplayır, birgə tədqiqat proqramları keçirir və nazirlər, sənaye, vətəndaş cəmiyyəti və elmi dairələrin aparıcı nümayəndələrinin iştirakı ilə illik samit təşkil edir.
2016-cı ildə Leypsiqdə keçirilən sammitin mövzusu “Yaşıl və sosial nəqliyyat”dır. Sammitə Danimarka tərəfi sədrlik edəcək.
Sammitdə ITF-ə üzv 57 ölkənin və o cümlədən, ABŞ, Braziliya, Meksika və dünyanın bütün digər ölkələrinin nəqliyyat nazirləri, həmçinin biznes, elmi dairələr və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycanı ölkənin nəqliyyat naziri Ziya Məmmədov təmsil edir.


Son xəbərlər
Son Xəbərlər