Ziya Məmmədov körpünü sınaqdan keçirib - İstanbulda

ziya-memmedov-korpunu-sinaqdan-kecirib
Oxunma sayı: 3064

Türkiyənin Nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Ahmet Arslan və Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov İstanbulun Osmanqazi körpüsünün açılışından sonra onun sınaqdan keçirib.

"Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, türkiyəli nazir körpünü "dünyanın şah əsəri layihələrindən biri" adlandırıb.

"Körfəzi 1,5 saata dolaşmaqdansa, körpü vasitəsilə 6 dəqiqə ərzində bir sahildən digərinə keçmək mümkündür. Körpü İstanbulla İzmiri də çox yaxınlaşdıracaq. Ümumilikdə, körpü ticarət və iqtisadi potensialımızı daha da gücləndirəcək", - deyə A. Arslan qeyd edib.