Ziya Məmmədov millət vəkilinin təklifini müzakirə etdi

ziya-memmedov-millet-vekilinin-teklifini-muzakire-etdi
Oxunma sayı: 1366


Bu barədə “Qafqazinfo”ya açıqlama verən millət vəkili bildirib ki, adıçəkilən problem barədə mətbuatda dəfələrlə çıxış edib. 

“ Problemin həll edilməməsində Nəqliyyat Nazirliyini günahlandırmışam. Ötən gün Nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə  “Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr” adlı kollegiyanın keçirilməsi bir daha onu göstərdi ki, məsələlər ciddidir. Nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir”

Millət vəkili həmçinin  məsələnin gözdən pərdə asmaq məqsədilə deyilməməsini də arzulayıb.  O, qeyd edib ki, bunun üçün Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85” saylı qurum ləğv edilməli və daha səmərəli, təmiz işləyən başqa qurum yaradılmalıdır”.