Nəqliyyat naziri Ziya Məmmədov yanvarrın 27-də Siyəzən rayonunda növbəti qəbul keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşların müraciətləri əsasən, Xızı və Şabran şəhərlərində müasir tipli avtostansiyanın tikintisi üçün tədbirlər görülməsi xahiş olunub. Digər müraciətlər isə, Rusiya Fedrasiyası dövlət sərhədindən Bakı şəhəri istiqamətində avtomobil yolunun Şabran rayonunun Uzunboyad kəndi ərazisindən keçən hissəsində sərnişinlər üçün nəzərdə tutulmuş əvvəllər mövcud olan dayanacağın bərpasına köməklik göstərilməsi, Şabran-Rəhimli yeni marşrut xəttinin açılması və digər məsələlərlə bağlı olub.
Həmçinin, Siyəzən, Şabran, rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub.
Nazir Ziya Məmmədov vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.





Son xəbərlər
Son Xəbərlər