Ziya Məmmədova sualınız var?

ziya-memmedova-sualiniz-var
Oxunma sayı: 3551

Nəqliyyat Naziri Ziya Məmmədov 22 yanvarda Zərdab şəhərində Kürdəmir, Hacıqabul və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 21 yanvar 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

• Zərdab şəhəri, Ramiz Kərimov küçəsi-46 ünvanında yerləşən inzibati binada;

• Kürdəmir şəhər avtovağzalının inzibati binasında;

• Hacıqabul şəhər avtovağzalının inzibati binasında.