Nəqliyyat naziri Ziya Məmmədov “Baku Taxi Company”nin rəhbəri Ilqar Qasımovu işdən çıxaranda “Azadlıq” qəzeti bu barədə maraqlı məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Ilqar Qasımovun işdən çıxarılmasının səbəbi onun nurçu olması barədə iddialardan doğur. Ziya Məmmədov Azərbaycanda “nurçu təhlükəsi”nin gündəmə gəlməsindən sonra narahat olub və onu işdən çıxarmağı qərara alıb.
Amma sən demə Ziya Məmmədovun rəhbərliyi altında işləyənlərdən yalnız Ilqar Qasımov nurçu deyilmiş. Nəqliyyat nazirinin köməkçisi Ziya Əliyevin də nurçularla əlaqəli olduğu bildirilir. Axar.az məlumat yayıb ki, Ziya Əliyev “Irəli”nin təsisçilərindən biridir. O, həm də ASAIF-in məclis üzvləri sırasında yer alır və nurçuların bütün şəbəkəsində etibarlı şəxs kimi təmsil olunur.
Ziya Məmmədovun yanında daha bir şəxsin də nurçuların aktiv təbliğatını apardığı bildirilir. Bu şəxs Elnur Baimovdur.
Anar Məmmədxanovun “Day.az” layihəsi ilə məşhurlaşan Baimovun media sahəsindəki bacarıqlarından Elnur Aslanov yaratdığı sayt və internet televiziyasında istifadə edib. 2013-cü ilə qədər Elnur Aslanlova məxsus media qurumlarına nəzarət edən Baimov daha sonra Nəqliyyat Nazirliyinə keçib. Baimov Ziya Məmmədovun diaspor işi və Azərbaycanın xaricdə təbliği ilə məşğul olan oğlu Anar Məmmədovun bu yöndəki fəaliyyətinin gücləndirilməsinə dəstək verib və bunun üçün Fasebook-da tirajlı səhifələr yaradıb. Maraqlısı isə odur ki, Anar Məmmədovun dəstəyi ilə alınan və diaspor fəaliyyətinin təbliği üçün nəzərdə tutulan Fasebook səhifələri Elnur Aslanovun kurasiyasında olan media qurumlarının təbliğinə xidmət edir. Başqa bir maraqlı fakt isə odur ki, Elnur Aslanova məxsus olan və Məmmədovların dəstəyi ilə alınan Facebook səhifələrində reklam edilən saytlarda Ziya Məmmədovla qohumluq əlaqələri olan bir neçə ziyalının əleyhinə kəskin yazıların yayımlanmasıdır.
azadliq.info
Son xəbərlər
Son Xəbərlər