Ziya Məmmədovun müşavirinə 800 min “atan”ın istintaqı tamamlandı

ziya-memmedovun-musavirine-800-min-atanin-istintaqi-tamamlandi
Oxunma sayı: 647

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Hakim bildirib ki, zərərçəkən Çingiz Baxşıyevin həyat yoldaşı Dostuxanım Baxşıyeva məhkəməyə gələ bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Bundan sonra məhkəmə istintaqının tamamlandığı elan olunub. Dövlət ittihamçısına təqsirləndirilən R.Əhmədova cəza istəməsi üçün söz verilib. İttihamçı Fərid Nağıyev çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək.

Qeyd edək ki, R. Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmayıb.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Murad Əhməd