Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib.
"Qafqazinfo" oxu.az-a istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Bakı-Quba magistral yolunda baş verib. Nazirin qardaşı qızının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.
Qeyd edək ki, mərhumun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum xanım nazirin Loğman adlı qardaşının qızıdır.
Son xəbərlər
Son Xəbərlər