Ziya Yusif-zadənin 95 illik yubileyi qeyd edilib

ziya-yusif-zadenin-95-illik-yubileyi-qeyd-edilib
Oxunma sayı: 1922

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından və onun peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, mərhum general-leytenant Ziya Yusif-zadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Qafqazinfo” DTX-yə istinadən xəbər verir ki, tədbirdə təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın əməkdaşları, kursantlar və Ziya Yusif-zadənin ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş Ziya Yusif-zadənin keçdiyi xidmət yoluna nəzər salıb, Akademiyanın yaradıldığı ilk illərdə tədrisin təşkili, professor-müəllim heyətinin formalaşdırılması, təhsil səviyyəsinin davamlı yüksəldilməsi və bunun üçün lazımi infrastrukturun yaradılması istiqamətində gördüyü işləri, Akademiyanın onun rəhbərliyi altında qazandığı uğurlu təcrübəyə və müsbət ənənələrə söykənərək ölkənin təhsil sahəsində özünün layiqli yerini tutduğunu qeyd ediblər.