Ziyalılar Forumunun toplantısı dekabrın 29-da olacaq

ziyalilar-forumunun-toplantisi-dekabrin-29-da-olacaq
Oxunma sayı: 632

Bunu “Media forum” saytına forumun qurucularından olan politoloq Eldar Namazov deyib.

Eldar Namazovun sözlərinə görə, artıq bütün təşkilati işlər yekunlaşıb, müzakirəyə çıxarılacaq mövzular, məruzəçilərin kimliyi müəyyənləşdirilib.

Politoloq iclasın keçirilməsi üçün yer tapacaqlarına inanır: “Yeni il qabağı tədbirlər çox olduğundan böyük tədbir üçün yer tapmaq həmişə müəyyən qədər çətin olur. Hazırda forumun 29 dekabr toplantısı üçün icarəyə yer götürmək məqsədilə danışıqlar aparırıq. Ümid edirəm ki, arzuladığımız ünvanlardan biri ilə müqavilə imzalayacağıq”.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.