Ziyalılar Prezidentə müraciət edəcək

ziyalilar-prezidente-muraciet-edecek
Oxunma sayı: 650


“Media forum” saytının məlumatına görə, Ramiz Rövşən, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Eldar Namazov, Niyazi Mehdi, Qulu Məhərrəmli, Vahid Qazi, Fəxri Uğurlu, Mehman Əliyev, Zəfər Quliyev, Rauf Talışinski, Paşa Qəlbinur, Taleh Həmid, Eldar İsmayılov və başqalarının qatıldığı müzakirələrdə narahatlıq doğuran ən müxtəlif ictimai problemlərə toxunulub. Bu problemlərlə bağlı hakimiyyətə müraciətlər ünvanlanmaq qərarı verilib. Müraciətlərin birində məhbus gənc fəalların həbsdən buraxılması xahişinin yer alması razılaşdırılıb.

Ziyalıların İctimai Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.