Ziynet Sali gitaristinə ərə getdi - Fotolar

Ziynet Sali gitaristinə ərə getdi
Oxunma sayı: 1334

Türkiyənin məşhur müğənnisi Ziynet Sali ailə həyatı qurub. “Qafqazinfo” xəbər verir ki, o, gitaristi Erkan Erzurumluya ərə gedib.

Ötən gün Kiprdə baş tutan toyda 150 nəfər iştirak edib. Ziynetin nikah şahidləri Şimali Kiprin lideri Mustafa Akıncı və Baş Naziri Ersin Tatar olub.

Cütlük nikahdan sonra ilk rəqsini Elvis Presleyin “Can’t Help Falling in Love” mahnısı ilə edib. Maraqlısı odur ki, sənətçi toyunun baş tutduğu oteldə bir gün əvvəl səhnəyə çıxaraq konsert verib.

Qeyd edək ki, sənətçinin geyimini tanınmış modelyer Cengiz Abazoğlu hazırlayıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi